Moça qasırğasında ölənlərin sayı 400-ü ötüb- ÖZƏL
17 May 2023 13:54 DünyaOlaylar.az xəbər verir ki,Myanmanın Rakhayn əyalətində "Moça" qasırğası nəticəsində ölənlərin sayı 400-ü keçib. Arakan Rohinca Milli Təşkilatından (ARNO) verilən açıqlamada, Moça qasırğasının mayın 14-də Rohinca qaçqınlarına ev sahibliyi edən Banqladeşin sahilyanı Koks Bazar şəhəri və Myanmanın Arakan əyalətinin Kyaukpyu bölgəsini vurduğu xatırladılıb. Baş ofisi İngiltərənin paytaxtı Londonda olan ARNO-nun açıqlamasında, qasırğa zamanı Arakanda əksəriyyəti müsəlman olan ən azı 400 nəfərin həyatını itirdiyi bildirilib. Can itkisinin artmasından narahat olduqları ifadə edilən açıqlamada qasırğanın Arakanın paytaxtı Sittvedə böyük dağıntılara səbəb olduğu qeyd edilib. Açıqlamada Arakanda 10 mindən çox evin zərər gördüyünə dair məlumatlar var. Myanmada 2021-ci il çevrilişi ilə idarəçiliyi ələ keçirən ordunun qasırğa ilə bağlı adekvat tədbirlər görmədiyi və fəlakətlə mübarizədə kifayət qədər olmadığına diqqət çəkilərək, xalqın içməli su, dərman, sığınacaq kimi ehtiyaclarının yoxluq səviyyəsində olduğu vurğulanıb.