Fransanın keçmiş prezidenti Sarkoziyə elektron qandal qərarı- ÖZƏL

Olaylar.az xəbər verir ki, Fransanın keçmiş prezidenti Nikolya Sarkozi korrupsiya ittihamı ilə mühakimə olunduğu "dinləmə işi"nə görə 2 il şərti və 3 il həbs cəzasına məhkum edilib. Məhkəmə Sarkozinin həbs cəzasını evində elektron qandalla çəkməsinə qərar verib.  

Franceinfo ictimai yayımının xəbərinə görə, Paris Apellyasiya Məhkəməsi Sarkozinin korrupsiya ittihamı ilə mühakimə olunduğu iş üzrə qərarını verib. Sarkozinin 3 il müddətinə vətəndaş hüquqlarına qadağa qoyulacaq, bu müddət ərzində heç bir seçki çərçivəsində seçilməyəcək. Eyni iş üzrə mühakimə olunan Sarkozinin vəkili Thierry Herzoq və hakim Gilbert Azibert də Sarkozi ilə eyni cəzaya məhkum edilib. Herzoqa 3 il müddətinə vəkillik fəaliyyəti qadağan edilib. 2014-cü ildə Sarkoziyə qarşı açılmış digər məhkəmə istintaqı ilə bağlı məlumat əldə etmək üçün "təsir alveri və dinləmələrin məxfilik prinsipini pozması" əsası ilə məhkəməyə müraciət edilib. Nikola Sarkozi bu işdə Lchr("39")Oreal qalmaqalı ilə bağlı istintaq sənədlərinə daxil olmaq üçün hakim Azibertə Monakoda yüksək vəzifə təklif etməkdə ittiham olunurdu. Prokurorlar Sarkozi və vəkilini dinləmək barədə qərar çıxarmışdı. Sarkozinin vəkili Hersoqla görüşləri zamanı Lchr("39")Oreal araşdırması çərçivəsində polis və prokurorlardan məlumat sızdırdığı müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31