Florida qubernatoru immiqrantlarla mübarizə aparmaq üçün Texas sərhədinə qoşun göndərəcək - ÖZƏL

"Qeyri-qanuni mühacirlərlə mübarizə və təhlükəsizliyi təmin etmək üçün 800 Milli Mühafizəçi, 200 asayiş keşikçisi və 101 əyalət polisi Texas sərhədinə göndəriləcək".

Olaylar.az xəbər verir ki, bunu Florida qubernatoru Ron DeSantis bildirib. O, qeyd edib ki, sərhədə əsgərlərdən əlavə 5 təyyarə, 17 pilotsuz uçuş aparatı, 2 mobil komandanlıq maşını və 10 kater göndəriləcək.
Qeyd edək ki, DeSantis 2021-ci ildə Texas və Arizona ştatlarının tələbi ilə ABŞ-ın cənub sərhədinə hərbi dəstək verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31