Diplomatik mənbələr: ABŞ və Əsəd administrasiyası gizli görüşdü- ÖZƏL

Olaylar.az xəbər verir ki, Türkiyənin və bir sıra ərəb ölkələrinin Bəşər Əsəd administrasiyası ilə yaxınlaşmasına qarşı çıxan ABŞ-ın Omanda Suriya ilə gizli danışıqlar apardığı və ABŞ qoşunlarının Suriyadan çıxarılmasını müzakirə etdiyi iddia edilib. Cradle saytının Ərəb Liqasından yüksək səviyyəli diplomatik mənbəyə istinadən verdiyi xəbərə görə, ABŞ və Suriya rəsmiləri Omanda gizli danışıqlar aparır. Maskatda keçirilən danışıqlarda iki ölkənin təhlükəsizlik rəsmilərinin və Xarici İşlər Nazirliyinin adlarının da iştirak etdiyi bildirilir. Xəbərdə Dəməşq rəhbərliyinin ABŞ-a öz ərazisindən geri çəkilmək üçün təzyiq göstərdiyi, ancaq onurğasını PKK/YPG-nin təşkil etdiyi Suriya Demokratik Qüvvələrinə ABŞ-ın dəstəyinin gündəmdə olmadığı vurğulanıb. Danışıqlarda 2012-ci ildə Dəməşqdə yoxa çıxan amerikalı jurnalist Austin Ticenin də taleyinin müzakirə edildiyi, Suriyanın Ticenin yerini bilmədiklərini iddia etdiyi, lakin ABŞ-ın buna şübhə ilə yanaşdığı bildirilib. 

ABŞ dövlət katibi Antoni Blinken bu ayın əvvəlində Ticeni tapmaq üçün Suriya və digər ölkələrlə əlaqə saxladıqlarını bildirib. Mənbələrin bildirdiyinə görə, Vaşinqton-Dəməşq xətti ilə bağlı gizli danışıqlar ABŞ-ın keçmiş prezidenti Donald Tramp hakimiyyətdə olarkən başlayıb, lakin 2020-ci ildə Tramp Əsədi öldürmək istədiklərini deməsi ilə kəsilib. Co Bayden prezident olduqdan sonra iki ölkənin bir neçə dəfə vasitəçilər vasitəsilə masaya gəlməsi xəbəri daha əvvəl gündəmə gəlmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31