"Rusiya ilə bağlı siyasətimiz dəyişməz olaraq qalacaq" - Ərdoğan

Türkiyədə Mayın 28-də ikinci turu keçiriləcək prezident seçkilərindən sonra ölkənin Rusiya ilə bağlı siyasəti dəyişməyəcək.

Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "CNN Türk" televiziya kanalının canlı yayımlanan proqramında deyib.

"Seçkilərə qədər apardığımız siyasəti davam etdirəcəyik. Biz təmasda olduğumuz Rusiya, ABŞ, Çin və Qərbə münasibətdə bunu dəyişmək fikrində deyilik. Eyni ruhda davam edəcəyik", - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31