Yeni Zelandiyada yanğın: 6 nəfər öldü

Yeni Zelandiyanın paytaxtı Vellinqtonda yataqxanada güclü yanğın baş verib.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Yanğın nəticəsində 6 nəfər həyatını itirib, ölənlərin sayının artacağı istisna edilmir.

Hadisə vaxtı 52 nəfər təxliyə edilsə də, içəridə neçə nəfərin olduğu məlum deyil.

Yanğının səbəbləri araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31