Bu ölkə İsraildən 20 milyonluq SİLAH ALACAQ
16 May 2023 19:44 DünyaMonteneqronun İsraildən 20 milyon avro dəyərində hərbi texnika alacaq.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, Monteneqro Müdafiə Nazirliyi İsrailin "Elbit Systems" müdafiə sənayesi şirkətindən 20 milyon avro dəyərində hərbi texnika alınacağını açıqlayıb.
Müqavilə çərçivəsində Monteneqro hərbçilərinin "Elbit-IMI" akademiyasında təhsil almaları da nəzərdə tutulur.
Bu, Monteneqro və İsrail arasında müdafiə sahəsində imzalanmış üçüncü müqavilədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31