Fransanın nüvə sınaqları xərçəngə səbəb olub- ÖZƏL

Olaylar.az xəbər verir ki, Fransa Milli Sağlamlıq və Tibbi Tədqiqatlar İnstitutunun (INSERM) araşdırmasına görə, Fransanın 1966-1996-cı illər arasında 30 il ərzində Sakit okeanda həyata keçirdiyi 200-ə yaxın nüvə sınağı bu bölgədə xərçəng riskini artırıb. Bu nüvə sınaqları Fransız Polineziyası adlanan arxipelaqda baş verən qalxanabənzər vəzi xərçəngi hallarının yüzdə 0,6-7,7-si üçün dəstəkləyici olub. INSERM tədqiqatçısı Florent de Vathaire, bölgədə sonradan ortaya çıxan tiroid xərçənginin müxtəlif variantlarının nüvə sınaqları dövrü ilə əlaqəli olduğunu bildirib. 2010-cu ildə bölgədə nəticələri açıqlanan 1984-2016-cı illər arasında 395 qalxanabənzər vəzi xərçəngi hadisəsi üzərində aparılan epidemioloji araşdırmalar, bu bölgədəki qalxanabənzər vəzi xəstəliklərinin əhəmiyyətli bir hissəsində məxfiliyi silinmiş sənədlərin və meteoroloji məlumatların təsirli olduğunu ortaya qoyub. Fransa prezidenti Emmanuel Makron 2021-ci ildə Fransız Polineziyasına səfəri zamanı paytaxt Papeetedəki çıxışında Fransanın 1966-1996-cı illər arasında bölgədə həyata keçirdiyi 193 nüvə sınağının yerli xalqın sağlamlığına təsir etdiyini bildirib.  1966-1996-cı illər arasında Fransa keçmiş müstəmləkəsi Əlcəzairdə və onun xaricdəki ərazisi olan Fransız Polineziyasında 210-a yaxın nüvə sınağı keçirilib. Polineziyada keçirilən 193 nüvə sınağından 147-si yeraltı olub. 100 mindən çox insana təsir etdiyi təxmin edilən nüvə sınaqlarına beynəlxalq reaksiyalar səbəbilə keçmiş prezident Jak Şirak dövründə son qoyuldu və qurbanlara təzminat ödənilməsinə qərar verildi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31