Sudanda qarşıdurmaların ikinci ayı: can itkisi artır- ÖZƏL

Olaylar.az xəbər verir ki, Sudanda iki aydır davam edən  qarşıdurmada ən azı 822 dinc sakin həlak olub. Aprel ayının ortalarından bəri Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında baş verən qarşıdurmalarda 822 mülki vətəndaşın həyatını itirdiyi bildirilir. Sudan Həkimlər Birliyi açıqlamasında, "Davam edən qarşıdurmalar paytaxt Xartum və bəzi əyalətlərdə daha çox insan itkisinə səbəb olub" deyib. Açıqlamada, qarşıdurma başlayandan bəri paytaxt Xartum, Əl-Ubeyd və Qərbi Darfur əyalətinin Əl-Cüneynə şəhərində ölənlər də daxil olmaqla, 822 mülki şəxsin həyatını itirdiyi, 3215 nəfərin isə yaralandığı bildirilib. Aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərdə Sudan ordusu ilə HDK arasında silahlı toqquşmalar baş verib. Ümumdünya Səhiyyə Təşkilatı qarşıdurmada həyatını itirənlərin sayının 604-ə, yaralıların sayının isə 5127-yə yüksəldiyini açıqlayıb. Sudanda ordu ilə paramiliter QHT arasında davam edən qarşıdurmaları dayandırmaq üçün tərəflər arasında Səudiyyə Ərəbistanının Ciddə şəhərində aparılan danışıqlar nəticəsində mayın 11-də "Ciddə bəyannaməsi" imzalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31