Ermənistan Təhlükəsizlik Şurası KTMT-dən çıxmağı müzakirə edib

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq imkanlarını müzakirə edib, lakin indi İrəvanın gündəliyində belə bir məsələ yoxdur.

Sinan Oğanın 5 beş şərti

Olaylar.az Milli.Az-a istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan jurnalistlərə bildirib.

O, bu ehtimalın 2022-ci ilin sentyabrında Azərbaycanla şərti sərhəddə baş verən toqquşmalardan sonra Təhlükəsizlik Şurasının iclasında qaldırıldığını deyib.

 

"Amma bu addımı atmamaq və İrəvanda keçiriləcək sammit ərəfəsində blokla işi davam etdirmək qərara alınıb", - Mnatsakan Safaryan qeyd edib.

O, yaxın vaxtlarda KTMT-nin Cənubi Qafqazdakı vəziyyətlə bağlı verdiyi bəyanatın müzakirə olunacağını vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31