Futbol meydançasına silahlı hücum: 6 ölü- ÖZƏL

Olaylar.az xəbər verir ki, Meksikada futbol meydançasına silahlı hücum nəticəsində 6 nəfər ölüb. Meksikanın Hidalqo ştatında futbol meydançasına silahlı hücum nəticəsində 3-ü 18 yaşdan aşağı olmaqla 6 nəfər həlak olub. Polis rəisi Alejandro Rosales bazar günü əyalətin Atotonilko de Tula şəhərində futbol meydançasına silahlı hücum olduğunu bildirib. Hücum nəticəsində 6 nəfərin öldüyü, onlardan 3-nün 18 yaşdan kiçik olduğu bildirilib. Hadisə şahidləri xəsarət alanların da olduğunu bildiriblər. Səlahiyyətlilər hücumun səbəbi ilə bağlı məlumat paylaşmasa da, yerli sakinlər hadisənin qonşu əyalətdəki insanlarla düşmənçilik zəminində inkişaf edə biləcəyini iddia ediblər. Meksikanın Morelos əyalətində 2022-ci ilin sentyabrında silahlı şəxslərin futbol matçı zamanı azarkeşlərə atəş açması nəticəsində 4 nəfər həlak olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31