Rusiya ABŞ səfirliyinin keçmiş əməkdaşını saxlayıb- ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-ın Rusiyadakı səfirliyinin keçmiş əməkdaşı "sui-qəsd" ittihamı ilə saxlanılıb. TASS agentliyi Rusiya Federal Təhlükəsizlik Xidmətinin Robert Şonovu Vladivostokda saxladığını açıqlayıb. Xarici dövlət və ya beynəlxalq/xarici təşkilatla əlbir olmaqda təqsirləndirilən Şonovun 8 ilə qədər həbs oluna biləcəyi bildirilib. ABŞ-ın Rusiyadakı səfirliyi hazırda mövzu ilə bağlı paylaşılacaq heç bir məlumatın olmadığını açıqlayıb. Şonov Moskvanın keçmiş KQB həbsxanası olan Lefortovo həbsxanasında saxlanılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31