Türkiyə dünyanın ən qabaqcıl demokratik mədəniyyətə malik ölkələrindən biri olduğunu göstərdi - Ərdoğan

Tariximizin ən yüksək iştiraklı seçkilərindən biri olan 14 May seçkiləri demokratiyamıza yaraşan bayram ab-havasında, sevimli xalqımızın uzaqgörənliyi ilə keçdi.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tvitter hesabında qeyd edib.

 

"Türkiyə dünən göstərdiyi yetkinliklə dünyanın ən qabaqcıl demokratik mədəniyyətə malik ölkələrindən biri olduğunu göstərdi. Mayın 28-nə kimi dayanmadan, dincəlmədən millətimiz qarşısında məsuliyyətimizi yerinə yetirəcəyik.

Mayın 14-də əldə etdiyimiz səs nisbətini artıraraq 28 May seçkisindən qalib çıxacağıq və inşallah tarixi uğur qazanacağıq",- deyə R.T.Ərdoğan bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31