Qərb Rusiya ilə Çin arasında sıx münasibətlərin reallığını qəbul etməli olacaq - ÖZƏL
16 May 2023 11:21 Dünya"Fransa prezidenti Emmanuel Makron və digər Qərb liderləri Rusiya və Çinin yaxın, bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan münasibətlərə malik olması faktı ilə barışmalı olacaqlar".
Olaylar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
"Aydındır ki, ölkələrimiz arasında davamlı olaraq möhkəmlənən, zamanın sınağından çıxmış, özünü təmin edən və qarşıdurmaya yol verməyən strateji tərəfdaşlıq münasibətləri Parisə heç bir təsəlli verə bilməz. Amma indiki şəraitdə Makron, eləcə də digər Qərb liderləri Moskva ilə Pekin arasında yaxın, bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin beynəlxalq münasibətlərdə əhəmiyyəti və təsiri daha da artacaq bir amil kimi reallığı ilə barışmalıdır" - o, deyib.