İki ölkədə güclü yağışlar daşqınlara səbəb olub- ÖZƏL

Olaylar.az xəbər verir ki, Bosniya  Herseqovina və Xorvatiyada güclü yağışlar nəticəsində daşqınlar baş verib. Bosniya və Herseqovina Federasiyasının Mülki Müdafiə Departamentindən verilən açıqlamaya görə, ölkənin şimal-qərbindəki Krajina bölgəsində dünən axşam saatlarında başlayan leysan yağışı və su səviyyəsinin artması səbəbindən bəzi ev və iş yerlərini su basıb. Una və Sana çayları kritik səviyyəyə çatıb. Bihacın Kulen Vakuf bölgəsində çoxlu evin su altında qaldığı bildirilən açıqlamada ölkənin digər bölgələrində də su basma təhlükəsinin olduğu bildirilib. 

Bosniya və Herseqovina Federasiyasının Meteorologiya İnstitutu yağışların cümə axşamına qədər ölkə daxilində davam edəcəyi ilə bağlı xəbərdarlıq edib. Digər tərəfdən, Sanski Most şəhəri seldən sonra təbii fəlakət bölgəsi elan edilib. Xorvatiyada yağan güclü yağış Zadar bölgəsinə təsir edib, şəhərin bir çox yolları su altında qalıb. Yağışlar səbəbindən Obrovac və Qrakac şəhərlərində daşqınlar baş verib, əraziyə yanğınsöndürənlər və evakuasiya qayıqları göndərilib. Ordu daşqınla mübarizə üçün ərazidə 300 şəxsi heyətin olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31