"İranın dəstəklədiyi husilər sülhə hazır deyil"- ÖZƏL
16 May 2023 10:54 DünyaOlaylar.az xəbər verir ki, Yəmənin baş naziri Muin Əbdülməlik ölkədəki müharibəni bitirmək üçün böyük güzəştlərə getdiklərini, lakin İranın dəstəklədiyi husilərin sülhə hazır olmadıqlarını bildirib. Yəmənin SABA xəbər agentliyinin məlumatına görə, Əbdülməlik Ədəndə Avropa İttifaqı (Aİ) nümayəndə heyətinin rəhbəri Qabriel Munuera Vinals və Aİ ölkələrinin səfirləri ilə görüşüb. Görüşdə Yəməndəki hadisələr, siyasi həllin sürətləndirilməsi və sülh prosesinin canlandırılması üçün regional və beynəlxalq səylər müzakirə edilib. Yəmənin baş naziri Əbdülməlik hökumətin müharibənin dayandırılması üçün aparılan işlərə icazə verdiyini və atəşkəs prosesində böyük güzəştlərə getdiyini bəyan edib. Neft sektorunu hədəf alan hücumlar və husilərin gəlirlərini talamaq səbəbilə hökumətin böyük iqtisadi bədəl ödədiyinə işarə edən Əbdülməlik, "Husilər sülhə hazır olmadıqlarını və hücumlarını davam etdirərək xalqa onların problemləri ilə maraqlanmadıqlarını göstərdilər" ifadələrini işlədib. BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq verdiyi yazılı açıqlamada Yəmən tərəflərini xalqın xeyrinə güzəştə getməyə çağırıb. Nəhayət, Yəməndə siyasi həllə nail olmaq üçün regional və beynəlxalq səylər çərçivəsində Səudiyyə Ərəbistanı və Oman nümayəndə heyətləri aprelin 8-də İranın dəstəklədiyi husilərin nəzarəti altında Sənada təmaslara başlayıb və nümayəndə heyətləri Sənanı tərk edib.