ABŞ-ın Ukraynaya verəcəyi tanklar Almaniyadadır- ÖZƏL
16 May 2023 11:21 DünyaOlaylar.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya tədarük ediləcək 31 ədəd M1 Abrams tankının cəbhəyə göndərilmədən əvvəl Ukrayna əsgərlərinin təlimlərində istifadə edilmək üçün Almaniyanın Grafenwoehr şəhərinə göndərildiyini açıqlayıb. Pentaqonun mətbuat katibi briqada generalı Patrik Rayder bildirib ki, əvvəllər hazırlanmış tanklar Qrafenvuer şəhərinə çatıb. ABŞ generalı yaxın həftələrdə Ukraynanın texniki və tank personalının da tank təlimi almaq üçün Almaniyaya gələcəyini bildirib. "Ukraynalı ekipaj və texniki qulluqçular üçün bu hərtərəfli təlim proqramı onları M1 tankından səmərəli istifadə etmək və Ukrayna xalqını müdafiə etməkdə mühüm rola hazırlamaq məqsədi daşıyır".
ABŞ yanvar ayında qabaqcıl zireh və silahlarla təchiz edilmiş tankları tədarük edəcəyini açıqlamışdı. ABŞ administrasiyası hesab edir ki, bu tanklar ən geci payıza qədər Ukraynada cəbhədə olacaq.