Kılıçdaroğlunun müavini istefa verdi - FOTO

CHP-nin sədr müavini Onursal Adıgözəl istefa verib. 

Olaylar.az xəbər verir ki, o, "Twitter" hesabında istefa ərizəsini təqdim edib. 

Məlumata görə, istefaya səbəb Adıgözəlin sosial mediada tənqidlərə cavabı olub. 

Belə ki, CHP-nin mayın 14-ü axşam saatlarında seçkinin nəticələrini rəsmi şəkildə TV-də dərc etməməsi böyük reaksiyalara səbəb olub. O, vətəndaşlara cavabında "Cümhuriyyət Xalq Partiyası olaraq heç vaxt hər kəs üçün əlçatan bir seçki nəticələri ekranı yayımlamaq öhdəliyi götürməmişik", - deyə qeyd etmişdi. 

 

Bu açıqlamadan saatlar sonra CHP sədri Kamal Kılıçdaroğlu CHP İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə müavinini Onursal Adıgözəli vəzifəsindən azad edib.

Adıgüzel sosial media hesabından açıqlamasında bunları deyib: "İctimaidəki mənfi rəyə görə, 2018-ci ildən bəri davam etdirdiyim işimi, liderimiz cənab Kamal Kılıçdaroğlunun seçki prosesinə xələl gətirməmək üçün, sistemlərimizin axşam saatlarında işləməsinə baxmayaraq, vəzifəmi tərk edirəm. Seçkilərdə heç bir texniki problem yox idi".

Unikal

Kılıçdaroğlunun müavini istefa verdi - FOTO

Kılıçdaroğlunun müavini istefa verdi - FOTO

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31