Antalyada qayıq istehsalı zavodunda YANĞIN

Türkiyənin Antalya şəhərinin dəniz limanında qayıq istehsalı zavodunun binasında yanğın baş verib.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb.

Məlumata görə, yanğın bu gün axşam saatlarında Azad Ticarət Zonasında naməlum səbəbdən başlayıb.

Yanğının söndürülməsinə çox sayda yanğınsöndürmə briqadası cəlb olunub və 2 saat yarım çəkən yanğın söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31