"Onlar seçki günü söz-söhbət yaradaraq məktəblərə plakatlar asdılar"
15 May 2023 20:44 DünyaSon 3 gündə Məhərrəm İncə tərəfdarları bizə rəsmən hücum etdi. Onlar seçki günü söz-söhbət yaradaraq məktəblərə "Sinan Oğan geri çəkildi" yazısı olan plakatlar asdılar.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu ATA İttifaqından prezidentliyə namizəd Sinan Oğan deyib.
"Hər cür çirkin oyunlar oynadılar, amma yenə də hədəfimizdən geri qalmadıq", - S.Oğan bildirib.
Qeyd edək ki, son nəticələrə əsasən, Rəcəb Tayyib Ərdoğan 49.51, Kamal Kılıçdaroğlu 44.88, Sinan Oğan isə 5.14 faiz səs toplayıb. 28 may bazar günü ikinci turun keçirilməsinə qərar verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31