Gürcüstan turizmdən 400 milyon dollara qədər gəlir gözləyir- ÖZƏL
15 May 2023 15:46 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstan Rusiya ilə hava əlaqəsinin bərpasından sonra ildə 300-400 milyon dollar arası mənfəət gözləyir. TASS xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib. "Turizm sektorunda biz uçuşlar bərpa edildikdən sonra bir il ərzində təxminən 300-400 milyon dollar effekt gözləyirik". O, həmçinin bildirib ki, Rusiyanın üç aviaşirkəti artıq Tbilisi, Kutaisi və Batumi hava limanlarına uçuşlar üçün müraciət edib. Mayın 15-dən Gürcüstan vətəndaşları Rusiya Federasiyasının ərazisinə 90 günə qədər vizasız gedə bilərlər. Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə viza rejimi ləğv edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31