Seçkilərə müdaxilə ilə bağlı ittihamları rədd edirik - Peskov

Rusiya Türkiyə müxalifətinin bu ölkədə keçirilən prezident seçkilərinə müdaxilə ittihamlarını qəti şəkildə rədd edir.

Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib. O qeyd edib ki, bundan söhbət belə gedə bilməz

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun TASS-a Türkiyədə keçirilən prezident seçkilərinə guya müdaxilə ilə bağlı bəyanatını şərh edən Kreml nümayəndəsi razılaşıb ki, "cənab Kılıçdaroğlunun ürkiyədə çoxlu səs-küyə aəbəb olub".

"Biz dərhal bildirdik ki, Türkiyədə seçkilərə müdaxilə ittihamlarını qəti şəkildə rədd edirik. Bundan söhbət belə gedə bilməz", - deyə mətbuat katibi qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31