Lukaşenko xəstəxanaya gəldi, yollar BAĞLANDI

Belarus Prezidenti Aleksandr Lukaşenko Drozdaxdakı Respublika Kliniki Tibbi Mərkəzinə gəlib.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Belarus Qayun" məlumat yayıb.

Məlumata görə, onun gəlişi zamanı xəstəxanaya girişlər bağlanıb, təhlükəsizlik qüvvələri isə yollarda dayanıb.

Qeyd edək ki, Lukaşenkonun səhhətinin pisləşməsi ilə bağlı iddialar onun mayın 9-da Moskvadakı paradda görünməsindən sonra yaranmağa başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31