AB Rusiyaya qarşı razılıq ƏLDƏ EDƏ BİLMİR
13 May 2023 19:21 DünyaAvropa Birliyi (AB) ölkələri Rusiyaya qarşı 11-ci sanksiyalar paketi ilə bağlı hələlik razılığa gələ bilmirlər.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Polşa radiosu məlumat yayıb.
Məlumata görə, AB ölkələrinin daimi nümayəndələri komitəsinin mayın 12-də keçirilən iclasında heç bir qərar qəbul olunmayıb, ona görə də müzakirələr gələn həftə davam etdiriləcək.
Bildirilib ki, AB xarici işlər nazirlərinin mayın 22-də Xarici İşlər Şurasının iclasında Rusiyaya qarşı 11-ci sanksiyalar paketi ilə bağlı razılığa gələ bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31