Aİ silah-sursat istehsalını artırmaq istəyir- ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) sənaye komissarı Thierry Breton, Brüsseldə keçirdiyi mətbuat konfransında, müharibə ilə birlikdə Ukraynaya göndərilən sursatlar səbəbiylə azalan sursat ehtiyatlarını gücləndirmək üçün hazırlanan Sursat İstehsalına Dəstək Qanunu təklifini açıqladı. Rusiya-Ukrayna müharibəsinin başlaması ilə Avropa ölkələrinin Ukraynaya əhəmiyyətli miqdarda sursat təmin etdiyini xatırladan Breton, Ukraynaya top mərmiləri göndərilməsinin vacibliyinə diqqət çəkib. Avropanın azalan ehtiyatlarını kompensasiya etmək üçün silah-sursat istehsalını artırması lazım olduğunu qeyd edən Breton, "Ukrayna və öz təhlükəsizliyimiz üçün müdafiə sənayemizin inkişafına AB-nin maliyyə qaynaqları ilə birbaşa dəstək vermək istəyirik" deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31