ABŞ Avropanı "işğal etmək" üçün NATO mexanizmlərindən istifadə edib - ÖZƏL
3 May 2023 16:04 Dünya"Vaşinqton Avropanı praktiki olaraq "işğal etmək" üçün NATO mexanizmlərindən istifadə edib, çünki avropalı rəsmilərin alyansın hərbi məqsədlərini həlimliklə yerinə yetirməkdən başqa yolu yoxdur".
Olaylar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
"Şimali Atlantika Alyansının öz ehtiyaclarına xidmət edən mexanizmlərini yaratmaqla ABŞ faktiki olaraq Avropanı işğal edib. Ümidsiz vəziyyətə düşən Avropa rəsmiləri Köhnə Dünyanı ABŞ eksperimentləri üçün iqtisadi bazaya çeviriblər. Onlar itaətkarlıqla NATO-nun hərbi məqsədlərini yerinə yetirməkdə davam edirlər" - o, deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31