İran ABŞ tankerinə əl qoyub - ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-ın Bəhreyndə yerləşən 5-ci Donanmasından edilən yazılı açıqlamada, "Mayın 3-də yerli vaxtla saat 06:20 radələrində Panama bayraqlı "Niovi" adlı neft tankeri Hörmüz boğazından keçərkən İran İnqilab Keşikçiləri Hərbi Dəniz Qüvvələri tərəfindən  ələ keçirilib. 

Açıqlamada Dubaydan çıxan neft tankerinin Hörmüz boğazına daxil olarkən İnqilab Keşikçiləri Ordusunun sürətli qayıqları tərəfindən mühasirəyə alındığı, daha sonra isə tankerin marşrutunun İranın Bəndər Abbas sahillərinə çevrildiyi bildirilib. İran hələlik məsələ ilə bağlı açıqlama verməyib. Aprelin 27-də İran Oman körfəzində Marşal adaları bayrağı altında "Advantage Sweet" adlı neft tankerini ələ keçirib. İran Ordusu tərəfindən verilən açıqlamada tankerin İran gəmisinə çırpılaraq qaçdığı üçün "beynəlxalq dəniz qaydalarını pozduğuna görə" məhkəmə qərarı ilə ələ keçirildiyi bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31