Aclıq təriqətinin lideri terror ittihamı ilə mühakimə olunacaq - ÖZƏL
3 May 2023 13:45 DünyaOlaylar.az xəbər verir ki, Keniyada tərəfdarlarını ölüm orucuna göndərərək ölümlərinə səbəb olan "aclıq təriqəti" lideri Pol Makkenzi terror ittihamı ilə başqa məhkəməyə göndərilib.
"The Daily Nation" qəzetinin xəbərinə görə, Malindi Məhkəməsində hakim qarşısına çıxan Mackenzie və silahdaşlarının işi məhkəmənin yurisdiksiyasından kənarda olduğu səbəbilə bağlanıb və həbs qərarı yenilənib. Şübhəlilərin başqa bir məhkəmədə mühakimə olunmasına qərar verilib. Məhkəmə terrorçu cinayətkarları mühakimə etmək səlahiyyətinin olmadığını və şübhəlilərin yenidən mühakimə prosesinin başladığını açıqlayıb. Digər tərəfdən, Mackenzie-nin həyat yoldaşı Rhoda Mumbua Maweu da bu gün istintaq çərçivəsində saxlanılıb. 100-dən çox insanın ölümünə səbəb olan təriqətlə bağlı istintaqın genişləndirilməsindən sonra saxlanılan digər keşiş Ezekiel Oderonun həbs müddəti daha 7 gün uzadılıb.