BMT-dən süni intellekt xəbərdarlığı - ÖZƏL

Olaylar.az xəbər verir ki,BMT Baş katibinin müavini Farhan Haq gündəlik mətbuat konfransında "süni intellektin atası" olaraq xarakterizə edilən 75 yaşlı Geoffrey Hintonun istefası ilə bağlı sualı cavablandıraraq, omun süni intellekt sahəsindəki inkişafı "dəhşətli" gördüyünü və bu sahədə gördüyü işdən peşman olduğunu söylədi. BMT Baş katibi Antonio Quterreşin də süni intellekt sahəsində texnoloji inkişaflarla bağlı hüquqi problemlərin olduğunu ifadə etdiyini xatırladan Haq, Quterreşin daha əvvəl sözügedən texnologiyaya diqqətlə nəzarət edilməli olduğunu və bunun üçün lazımi hüquqi tənzimləmələrin edilməsi lazım olduğunu bildirdiyini qeyd etdi. Haq, sözügedən texnologiyanı inkişaf etdirənlərin belə, narahatlıqlarını dilə gətirmələri, "hər kəs dayanıb düşünməlidir" və hökumətlərin bu mövzuda texnoloji inkişafları yaxından izləməsi lazım olduğuna diqqət çəkdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31