İngiltərədə aksiya dalğası - ÖZƏL
3 May 2023 11:07 Dünyaİngiltərə tətillər dalğasının şahidi oldu. Təhsil işçiləri və pasport şöbəsinin işçiləri işi tərk ediblər. Tətil edən səhiyyə işçiləri isə hökumətin maaşların artırılması təklifini qəbul ediblər.
Gözləntiləri özünü doğrultmayan birlik nümayəndələri müxtəlif iş sahələrini küçələrə çıxmağa çağırır. Müəllimlər növbəti dəfə tətilə çıxıblar. Paytaxt London minlərlə müəllimin toplaşdığı məkana çevrilib.
Maaşlarının artırılmasını istəyən təhsil işçiləri yürüş keçirib və əllərində "Daha yaxşısını tələb edirik" yazılmış plakatlar qaldırıblar. Həftənin əvvəlində tibb bacılarının başlatdığı tətil təcili yardım əməkdaşlarının da iştirakı ilə davam edir. Əmək haqqı, pensiya, iş şəraiti və iş təhlükəsizliyi ilə bağlı mübahisələr fonunda 1000-ə yaxın insan cümə gününə qədər işsiz qalacaq.