Yunus Oğuz Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım etdi- ÖZƏL
7 Fevral 2023 15:52 DünyaTürkiyənin Kahramanmaraş bölgəsində baş verən və 10 əyalətdə təsirini göstərən zəlzələdən sonra Azərbaycanda qardaş ölkəmizə yardım toplanılmasına başlanılıb.
Olaylar.az xəbər verir ki, yardımın içində pul ianələri, pal-paltar və digər zəruri ləvazimatlar var.
Azərbaycanın müxtəlif bölgələrindən ayrı-ayrı vətəndaşlar, ziyalılar, vətəndaş cəmiyyəti üzvləri qardaş ölkədə zəlzələdən zərər çəkmiş vətəndaşlara dəstək məqsədilə yardım göndəriblər.
Eyni zamanda, Ziraat Bank-da dəstək məqsədilə hesab açılıb.
Yazıçı-publisist Yunus Oğuz da qardaş ölkəyə yardım məqsədilə maddi vəsait köçürüb.
Xatırladaq ki, fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3432 nəfərə çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31