Qırğızıstan və Tacikistan müşahidə kameraları haqqında qərara gəliblər
26 Sentyabr 2022 11:43 DünyaOlaylar.az xəbər verir ki, Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiyev və onun tacikistanlı həmkarı Saimumin Yatimov münaqişə vəziyyətlərinin daha çox yarandığı sərhəd hissələrində videomüşahidə kameralarının quraşdırılması haqqında razılığa gəliblər. İki Orta Asiya respublikasının xüsusi xidmət orqanlarının rəhbərləri tərəfindən dünən imzalanan protokolun bəndlərindən biri kameraların quraşdırılması haqqındadır. Sənədə əsasən, tərəflər qoşunların və ağır hərbi texnikanın sərhədyanı rayonlardan daimi dislokasiya yerlərinə çıxarılmasını davam etdirəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31