Polşanın baş naziri Qərbi Rusiyadakı səfərbərliyə görə Ukraynaya yardımı artırmağa çağırıb
21 Sentyabr 2022 15:14 Dünya"Qərb ölkələri və NATO Rusiyanın elan etdiyi qismən səfərbərliyə Ukraynaya maliyyə və hərbi yardımı artırmaqla cavab verməlidir" Olaylar.az xəbər verir ki, bunu Polşanın baş naziri Mateuş Moravetski deyib .
"Bu səfərbərliyə cavab olaraq, bütün azad ölkələrin birliyi, xüsusən də tarixin ən güclü ittifaqı olan NATO Ukraynaya dəstək verməlidir. Rusiya Ukraynada qalib gələ bilməz", - deyə Moravetski bildirib.
Polşanın baş naziri əlavə edib ki, Kiyevin hazırda Kremlin elan etdiyi səfərbərliyə qarşı özünü müdafiə edə bilməsi üçün "maliyyə yardımına və silah təchizatında yardıma" ehtiyacı var. Morawiecki bu kursu Qərb ölkələrinin "sonrakı səfərbərliyi" adlandırdı.
Bundan əvvəl Çexiyanın baş naziri Petr Fiala ölkəsinin Ukraynaya yardımlarını davam etdirəcəyini bildirmişdi . Onun fikrincə, qismən səfərbərlik Rusiya rəhbərliyinin Ukraynada münaqişəni gərginləşdirmək istəyini nümayiş etdirir.