BMT Türkiyənin yeni beynəlxalq adını təsdiqlədi

Birləşmiş Millətlər Təşkilatı (BMT) Türkiyənin yeni beynəlxalq adı ilə razılaşıb.

Qurum Ankaranın ölkə adının xarici dillərdə "Türkiyə" kimi qeydiyyata alınması ilə bağlı müraciətini təsdiqləyib.

Bu barədə "Anadolu" agentliyi məlumat yayıb. BMT sözçüsü bildirib ki, ölkənin adındakı dəyişiklik məlum müraciətin alındığı andan qüvvəyə minib. Artıq ölkədən ixrac edilən məhsullar "Made in Turkey" əvəzinə "Made in Türkiye" brendi altında olacaq.

Azpost.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31