Zaxarova Zelenskini hədələdi – “Bunun bədəlini bilirsən”

Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya ərazisinə zərbələr endirmək üçün ABŞ-ın reaktiv yaylım atəş sistemlərindən (MLRS) istifadə etməyəcəyi ilə bağlı vədlərini müzakirə etmək vaxt itkisidir.

Olaylar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Onlar bunun bədəlini bilirlər, bu səbəbdən bu kontekstdə heç bir vəd, heç bir söz, xüsusən də Zelenski müzakirə oluna bilməz, əhəmiyyətsizdir", - Zaxarova vurğulayıb.

Zaxarova Rusiyanın 2021-ci ilin sonunda Qərb ölkələrindən yazılı təhlükəsizlik zəmanəti tələb etdiyinə diqqət çəkib və qeyd edib ki, Moskva şifahi vədlərə inanmır.

mənbə: Telegraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31