Merkel Putinin Ukraynadakı əməliyyatını “barbar müharibə” adlandırdı
2 İyun 2022 13:46 DünyaAlmaniyanın keçmiş kansleri Angela Merkel Rusiyanın Ukraynadakı əməliyyatını barbar müharibə adlandırıb.
Olaylar.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Ukrayna ilə həmrəyliyini ifadə edən Merkel Almaniya hökumətinin bu vəhşi müharibəyə son qoymaq səylərini dəstəklədiyini, lakin Nazirlər Kabinetinin üzvlərinə məsləhət və ya tövsiyələr vermək niyyətində olmadığını vurğulayıb.
Merkel onu da qeyd edib ki, seçdiyi xarici siyasət kursuna baxmayaraq, Qərb liderləri Vladimir Putinlə dialoqu davam etdirməlidirlər.
mənbə: Azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31