“Ukrayna ilə bağlı Türkiyənin vasitəçiliyindən nəticə gözləmirik” – ABŞ-ın NATO-dakı nümayəndəsi
2 İyun 2022 13:44 Dünya"ABŞ Türkiyənin vasitəçiliyi ilə Rusiya-Ukrayna təmaslarından irəliləyiş gözləmir".
Olaylar.az xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit deyib.
"Təbii ki, Ərdoğan tərəfləri bir araya gətirmək təklifi ilə çıxış edəndə bu, konstruktiv addım kimi qiymətləndirilmişdi. Lakin Rusiya tərəfinin davranışını nəzərə alsaq, hazırkı mərhələdə bunun hər hansı böyük irəliləyişə səbəb olacağına şübhə ilə yanaşırıq".
Smit qeyd edib ki, Vaşinqton hələ də hansısa diplomatik irəliləyişə ümid edir: "Rusiya prezidenti Vladimir Putin bu vəziyyətdən çıxmaq üçün hansısa yoldan istifadə edəcək".
mənbə: Azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31