Rusiyada kinoteatrlarda qıtlıq: Artıq seriallar nümayiş olunacaq - FOTO

Rusiyada film çatışmazlığı fonunda kinoteatrlarda qəribə qərar verilib. Belə ki, bundan sonra kinoteatrlarda yerli seriallar nümayiş olunacaq.

Olaylar.az xəbər verir ki, artıq iyunun 9-u üçün ilk elan verilib. Bu aprel ayında "Start" striminq platformasında yayımlanan "Dva xolma" ("İki təpə") serialıdır.

Qeyd edək ki, 2022-ci ilin fevralında Ukraynaya qarşı müharibəyə başladıqdan sonra bir çox xarici kino şirkətləri Rusiyada blokbasterlərinin premyerasından imtina edib.

mənbə: Oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31