"Türkiyə ilə bu dialoqu davam etdirməyə hazırıq" - Finlandiyanın xarici işlər naziri
1 İyun 2022 23:29 DünyaHelsinki Finlandiyanın NATO-ya üzv olmaq niyyəti ilə bağlı Ankara ilə fikir ayrılıqlarını aradan qaldırmaq üçün Türkiyə ilə danışıqlar prosesini davam etdirməyə hazırdır.
Olaylar.az xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Pekka Haavisto deyib.
"Türkiyənin təhlükəsizliyi ilə bağlı bir sıra məsələləri ətraflı nəzərdən keçirə bildik. Və təbii ki, biz Türkiyə ilə bu dialoqu davam etdirməyə hazırıq", - nazir bildirib.
rinə görə, iki ölkə arasında mövcud dialoq Finlandiyanın NATO-ya mümkün qəbulundan sonra da davam etdirilməlidir.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31