"Rusiya ordusu şəhərin şərq hissəsini ələ keçirib" - Ukrayna Ordusunun Baş Qərargahı

Luqansk vilayətinin Severodonetsk şəhərində Ukrayna silahlı qüvvələri ilə Rusiya ordusu arasında döyüşlər davam edir.

Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Ordusunun Baş Qərargahı məlumat yayıb.

"Severodonetsk yaşayış məntəqəsi istiqamətində Rusiya ordusu müəyyən irəliləyişə nail olub, şəhərin şərq hissəsini ələ keçirib" - deyə məlumatda bildirilir.

Donbas regionunun digər ərazilərində aktiv döyüşlər qeydə alınmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31