"Brüsseldə üç ölkənin səlahiyyətliləri ilə görüşəcəyik" - Yens Stoltenberq

"Türkiyənin narahatlığını aradan qaldırmaq üçün Brüsseldə üç ölkənin səlahiyyətliləri ilə görüşəcəyik".

Olaylar.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

O, Türkiyənin Finlandiya və İsveçin NATO üzvlüyü ilə bağlı narahatlıqlarını həll etmək üçün Brüsseldə üç ölkənin rəsmiləri ilə görüşəcəyini açıqlayıb.

Stoltenberq bildirib ki, Türkiyə NATO-nun mühüm tərəfdaşıdır və bütün NATO üzvləri Türkiyənin narahatlığını, o cümlədən, PKK təhlükəsini müzakirə etmək üçün masaya oturmağa hazırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31