"Ərzaq və gübrə dünya bazarlarına qaytarılmadan bu böhranın həlli mümkün deyil” - Antonio Quterreş
1 İyun 2022 20:52 DünyaBMT baş katibi Antonio Quterreş Rusiya və Ukraynadan taxıl ixracının bərpasını qlobal ərzaq böhranının həlli üçün ilkin şərt adlandırıb.
Olaylar.az xəbər verir ki, o, bu barədə İsveçin baş naziri Maqdalena Anderssonla danışıqlardan sonra bildirib. "Ukraynadan ərzaq məhsulları, Rusiyadan isə ərzaq və gübrə dünya bazarlarına qaytarılmadan bu böhranın effektiv həlli mümkün deyil", - Quterreş deyib.
O qeyd edib ki, bu istiqamətdə dialoqun inkişaf etdirilməsi üçün səylərini davam etdirir.
azpost
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31