NATO Türkiyənin İsveç və Finlandiyaya qarşı çıxması ilə bağlı iclas keçirəcək

 

"OLAYLAR.az" BBC-ə istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq yaxın günlərdə İsveç, Finlandiya və Türkiyənin yüksək rütbəli rəsmiləri ilə Brüsseldə toplantı keçirərək Türkiyənin İsveç və Finlandiyanın alyansa qoşulmasına qarşı çıxacağını müzakirə edəcəyini bildirib.

Stoltenberq Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinkenlə keçirdiyi mətbuat konfransında deyib: "Mən Türkiyə prezidenti Ərdoğan, Finlandiya və İsveç liderləri ilə sıx təmasdayam".

Blinken bildirib ki, "İsveç və Finlandiyanın alyansa sürətlə qoşulmasını dəstəkləmək üçün NATO daxilində geniş konsensus var" və o, bunun baş verəcəyinə əmindir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31