"Bu adı alan qadınlara ödəniş 1 milyon rubl olacaq" - Putin
1 İyun 2022 20:33 DünyaRusiyada "Qəhrəman Ana" fəxri adı bərpa olunur.
Olaylar.az milli.az-a istinadən bildirir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.
O, Rusiyada "Qəhrəman Ana" fəxri adının bərpasının zəruriliyini bəyan edib.
Rusiya Prezidentinin sözlərinə görə, bu adı alan qadınlara ödəniş 1 milyon rubl olacaq.
"Çoxuşaqlı ailələrə medal üçün birdəfəlik ödəniş 200 min rubl, "Valideyn Şöhrəti" ordeninə görə 500 min rubl, "Qəhrəman Ana" fəxri adına görə ödəniş 1 milyon rubl olacaq", - Rusiya Prezidenti vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31