Buğda müharibə silahı olmamalıdır

Papa taxıl ixracına qoyulan qadağaların götürülməsinə çağırıb və bildirib ki, buğda "müharibə silahı" kimi istifadə edilməməlidir.

"OLAYLAR.az" BBC-ə istinadən xəbər verir ki, Müqəddəs Pyotr meydanına toplaşanlara həftəlik müraciətində çıxış edən Roma Papası dünyanın milyonlarla ən yoxsul insanının dünya buğdasının təxminən 12%-ni istehsal edən Ukraynadan asılı olduğunu söylədi.

"Mən ciddi şəkildə bu problemin həlli və insanın ümumbəşəri qida hüququnu təmin etmək üçün hər cür səy göstərilməsinə çağırıram" dedi.

Müharibədən əvvəl Ukraynanın ixracatının 90%-i Qara dənizdəki dərin limanlar vasitəsilə gedirdi, lakin indi hamısı bağlıdır. Rusiya Ukraynanın sahil zolağının böyük hissəsini ələ keçirib, qalan hissəsini isə blokadaya alıb.

Prezident Vladimir Putin sanksiyaların ləğvi müqabilində yalnız taxıl gəmilərinin Odessa limanını tərk etməsinə icazə verəcəyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31