"Moskva ilə Vaşinqton arasında birbaşa toqquşma riski artır” - Rusiya XİN

"ABŞ-ın irəli sürdüyü arqumentlərdən asılı olmayaraq, Ukraynaya istənilən silah tədarükü Rusiya ilə ABŞ arasında birbaşa toqquşma riskini artırır".

Olaylar.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Rusiyanın XİN rəsmisi qeyd edib ki, ABŞ uzun illər Ukrayna münaqişəsinin həllinə cəhd göstərməyib:

"Rusiyanın xüsusi hərbi əməliyyatı başlayandan sonra isə vəziyyətə məsuliyyətli, sağlam yanaşmanın qalıqları sadəcə olaraq aradan qaldırıldı. İndi Vaşinqton Rusiyanı strateji məğlubiyyətə uğratmaq üçün hər şeyi etməyə çalışır".

Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31