Sanksiyalara görə dünyada ərzaq və enerji böhranı olacaq: Peskov

Olaylar.az xəbər verir ki, dünya potensial olaraq "çox dərin ərzaq böhranı" astanasındadır. Bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mediaya açıqlamasında deyib.

Məlumata görə, bu, əsas təchizatçılardan biri olan Rusiyaya qarşı qeyri-qanuni məhdudiyyətlərin tətbiqinin nəticəsidir.

Rusiya və Türkiyə XİN rəhbərlərinin növbəti danışıqlarda taxıl tədarükünü müzakirə edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran Peskov taxıl probleminin daim gündəmdə olduğunu və bu mövzunun müzakirəsinin müxtəlif kanallardan keçdiyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31