Çində 6,1 bal gücündə zəlzələ baş verib

Olaylar.az xəbər verir ki,  iyunun 1-də  Çinin cənub-qərbindəki Sıçuan əyalətində 6,1 bal gücündə zəlzələ qeydə alınıb. 

Bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 17:00-da Yaan şəhər dairəsinin Luşan dairəsində qeydə alınıb. Zəlzələnin ocağı 17 km dərinlikdə yerləşib.

Saat 17:03-də orada da 4,5 bal gücündə təkrar təkanlar qeydə alınıb.

Əhalisi 1,4 milyon nəfər olan Yaan şəhər rayonunda qurbanlar və ya dağıntılar barədə məlumat hələ də daxil olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31