Çin Qərbi Rusiyaya təzyiqi dayandırmağa çağırıb
1 İyun 2022 13:42 DünyaOlaylar.az xəbər verir ki, Ukraynadakı vəziyyəti şərh edən Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian Pekinin atəşkəs tərəfdarı olduğunu bildirib və əlavə edib ki, Çin maraqlı tərəflərlə əlaqə saxlamaq üçün müxtəlif kanallardan istifadə edir.
Eyni zamanda, Lijian ABŞ və digər ölkələri Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini dayandırmağa çağırıb və bununla da Qərbin "oda yağ tökdüyü" fikrini ifadə edib.
Daha əvvəl diplomat bildirib ki , Çin hakimiyyəti ABŞ prezidenti Co Bayden və Yeni Zelandiyanın baş naziri Casinda Ardernə Çinin Okeaniya siyasəti ilə bağlı birgə bəyanatı ilə bağlı kəskin etirazını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31