Tbilisi merinin müavini evində ÖLÜ TAPILDI
1 İyun 2022 13:35 DünyaTbilisi şəhərinin meri Kaxa Kaladzenin müavini İlya Eloşvili mənzilində ölü vəziyyətdə tapılıb.
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyinin Mətbuat xidməti yayıb.
Faktla bağlı cinayət işi başlanılıb. Hazırda Eloşvilinin evində kriminalistlər araşdırma aparır. Mer müavininin ölüm səbəbi hələ ki açıqlanmayıb.
Qeyd edək ki, İlya Eloşvili 2012-2017-ci illərdə energetika nazirinin müavini olaraq fəaliyyət göstərib. 2017-ci ildən isə Tbilisi merinin müavini vəzifəsində çalışıb. O, evli olub və iki övladı var.
Sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31